BANM-in kollektivi Akademik Opera və Balet Teatrında olublar

BANM-in kollektivi Akademik Opera və Balet Teatrında olublar Tədbir 2017-ci ilin iyulunda buraxılışı olacaq ilk məzunların şərəfinə təşkil edilib
Elm və təhsil
8 İyun , 2017 11:28
BANM-in kollektivi Akademik Opera və Balet Teatrında olublar

Bakı. 8 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” ikihissəli baletini izləyiblər. 

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, tədbir 2017-ci ilin iyulunda buraxılışı olacaq ilk məzunların şərəfinə təşkil edilib.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov gələcək məzunları təbrik edib və onlara uğurlar diləyib. Rektor qeyd edib ki, onun başçılıq etdiyi təhsil ocağında dəqiq elmlərlə yanaşı, incəsənətə və yaradıcılığa da eyni dərəcədə maraq göstərirlər. “Ali Məktəbin rəhbərliyi və müəllimləri Azərbaycan üçün sadəcə neft-qaz mühəndisliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər deyil, həm də intellektual və zəngin şəxsiyyətlər və vətəndaşlar yetişdirməyə çalışırlar. Bu gün isə biz dahi sənətkarımızın Fikrət Əmirovun “1001 gecə” baletini izləyəciyik. Artıq 40 ilə yaxındır ki bu tamaşa Opera və Balet Teatrının repertuarında olan ən populyar tamaşalardan biridir”.

Daha sonra, qonaqlar “1001 gecə” baletini çox böyük maraqla izləyiblər. Tamaşa başa çatdıqdan sonra tamaşaçılar uzun müddət yaddaşlardan silinməyəcək bir gün yaşatdıqlarına görə təşəkkürünü bildirərək aktyorlara gül dəstələri təqdim ediblər və onları ayaq üstə alqışlayıblar.

Son xəbərlər

Orphus sistemi