BANM-in iki tələbəsi Böyük Britaniyada “İlin tələbəsi” seçilib

BANM-in iki tələbəsi Böyük Britaniyada “İlin tələbəsi” seçilib Hər iki tələbəyə sertifikat və pul mükafatı verilib
Elm və təhsil
22 Sentyabr , 2016 11:05
BANM-in iki tələbəsi Böyük Britaniyada “İlin tələbəsi” seçilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan IV kurs tələbəsi Rəşad Nəzərəliyev və “Kimya muhəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Ellada İsazadə 2015/2016-cı tədris ili ərzində semestrdə göstərdikləri yüksək nəticəyə görə Böyük Britaniyanın Heriot Vatt Universiteti tərəfindən “İlin tələbəsi” adına layiq görülüblər.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bu münasibətlə hər iki tələbəyə sertifikat və pul mükafatı verilib.

Qeyd edək ki, Rəşad Nəzərəliyev 2013-cü ildə BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasına 677 balla daxil olub. Ellada İsazadə isə “Kimya mühəndisliyi” ixtisasına 2014-cü ildə 648 bal toplayaraq qəbul olub.

Xatırladaq ki, hazırda BANM-in “Kimya muhəndisliyi” ixtisasında təhsil alan IV kurs tələbəsi Sevinc Qafarlı da 2014/2015-citədris ili ərzində semestrdə göstərdiyi yüksək nəticəyə görə Heriot Vatt Universiteti tərəfindən “İlin tələbəsi” adına layiq görülərək sertifikat və pul mükafatı alıb.

Son xəbərlər

Orphus sistemi