BANM ilə Almaniyanın “Lucas-Nülle” şirkəti arasında əməkdaşlıq genişləndiriləcək

BANM ilə Almaniyanın “Lucas-Nülle” şirkəti arasında əməkdaşlıq genişləndiriləcək “Lucas-Nülle” şirkəti təhsil müəssisələri üçün müasir avadanlıq və proqram təminatı üzrə dünya lideridir
Elm və təhsil
11 Oktyabr , 2017 11:50
BANM ilə Almaniyanın “Lucas-Nülle” şirkəti arasında əməkdaşlıq genişləndiriləcək
BANM

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov yüksək keyfiyyətli təlim sistemlərinin inkişafı və istehsalı üzrə Almaniyanın tanınmış “Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Kepplerlə görüşüb.

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib.

BANM və “Lucas-Nülle” şirkəti arasında başlanan əməkdaşlıqdan öz razılığını bildirən E.Qasımov şirkətin Ali Məktəbin yeni açılan kampusu üçün işləyib hazırladığı laboratoriyaların dünya standartlarına uyğun olduğunu, həmçinin Prezident İlham Əliyevin BANM-in yeni kampusunun açılışı günü orada tələbələrin istifadəsi üçün hazırlanan laboratoriyalara yüksək qiymət verməsinin bu əməkdaşlığın uğurlu nəticəsi olduğunu vurğulayıb.

“Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppler isə E.Qasımova birgə fəaliyyət nəticəsində əldə olunan uğurlara görə öz təşəkkürünü bildirərək bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını deyib.

O, əməkdaşlığın yeni mərhələsi olaraq külək və günəş kimi bərpa olunan enerji üzərindən yeni laboratoriyaların quraşdırılması və eyni zamanda, bu sahə üzrə BANM-in mütəxəssisləri üçün Almaniyanın ixtisaslaşmış təlimçiləri tərəfindən təlimlərin keçirilməsi imkanlarından danışıb.

Tərəflər BANM və “Lucas-Nülle” şirkətinin birgə fəaliyyətindən əldə olunan müsbət nəticələrini nəzərə alaraq, bu əməkdaşlığın daha da genişləndirilməsi və davam etdirilməsininin zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, “Lucas-Nülle” şirkəti təhsil müəssisələri üçün müasir avadanlıq və proqram təminatı üzrə dünya lideridir.

Son xəbərlər

Orphus sistemi