BANM-də Vüqar Rəhimzadənin 50 illik yubileyi qeyd olunub

BANM-də Vüqar Rəhimzadənin 50 illik yubileyi qeyd olunub Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin 50 illik yubileyinə həsr olunan tədbir keçirilib. 
Elm və təhsil
543
14 Dekabr , 2017 10:07
BANM-də Vüqar Rəhimzadənin 50 illik yubileyi qeyd olunub
BANM

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin 50 illik yubileyinə həsr olunan tədbir keçirilib. 

BANM-dən "Report"a verilən məlumata görə, tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və digər kollektiv üzvləri iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov V.Rəhimzadəni tədbir iştirakçılarına daha yaxından tanıdıb, onu Azərbaycan xalqının ən sadiq jurnalisti adlandırıb. Rektor dövlətçiliyin möhkəmləndirilməsinə, milli müstəqilliyimizin qorunub saxlanılmasına, xalqımıza sədaqətə, demokratik dəyərlərə, vətəndaş cəmiyyətinin inkişafına, milli ruhun oyanmasına, söz və fikir azadlığının təmin olunmasına yönəlmiş uğurlu fəaliyyətinin V.Rəhimzadəyə ölkə ictimaiyyəti və kütləvi informasiya vasitələri işçiləri arasında böyük nüfuz qazandırdığını söyləyib. E.Qasımov məhz həmin xidmətlərinə görə Azərbaycan hökuməti və SOCAR-ın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək V.Rəhimzadənin “Əməkdar jurnalist” fəxri adına, “Vətənə xidmətə görə” ordeninə və SOCAR-ın Fəxri fərmanına layiq görüldüyünü vurğulayıb.

Rektor həmçinin “İki sahil” qəzetinin Ali Məktəbin ən yaxın tərəfdaşı olduğunu, Ali Məktəbin ilk yarandığı gündən onu dəstəkləyərək ictimaiyyətə tanıtmaqda böyük yardım etdiyini bildirib.

E.Qasımov Ali Məktəbin kollektivi adından V.Rəhimzadəyə onun uğurlu fəaliyyətindən bəhs edən ünvannaməni və Ali Məktəbin fəaliyyətinin ölkə ictimaiyyəti arasında təbliğinə verdiyi dəyərli töhfələrə görə təşəkkürnamə plaketi təqdim edib.

Tədbirin sonunda V.Rəhimzadə Ali Məktəbin rəhbərliyinə və bütün kollektivinə ona olan diqqət və hörmətə görə təşəkkür edib. Ali Məktəbin hər zaman onun üçün doğma olduğunu bildirən əməkdar jurnalist BANM-ı Azərbaycanın ən nüfuzlu ali təhsil ocağı adlandırıb. 

Son xəbərlər

Orphus sistemi