BANM-də Türkmənistan günü qeyd olunub

BANM-də Türkmənistan günü qeyd olunub Tədbir iştirakçıları səfirlik tərəfindən təqdim edilən kitabların sərgisi ilə tanış olublar
Elm və təhsil
27 Oktyabr , 2016 10:54
BANM-də Türkmənistan günü qeyd olunub

Bakı. 27 oktyabr. REPORT.AZ/ Türkmənistanın Azərbaycandakı səfirliyinin I katibi - konsul Batır Recepov və səfirliyin məsul əməkdaşları Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva Türkmənistan-Azərbaycan əlaqələrindən, bu əlaqələrin iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində inkişafından danışıb. O, BANM haqqında qonaqlara məlumat verərək, bu ali təhsil müəssisəsinin ölkədə nüfuzlu ali məktəb olduğunu vurğulayıb.

Türkmənistanın Azərbaycandakı səfirliyinin I katibi - konsul Batır Recepov ölkəsinin 25 illik müstəqillik dövründə keçdiyi siyasi, iqtisadi inkişaf yolunun tarixindən danışıb. B.Recepov Türkmənistan dövlətinin uğurları və ölkədə həyata keçirilən iri miqyaslı layihələr haqda məruzə ilə çıxış edib.

Tədbir iştirakçıları səfirlik tərəfindən təqdim edilən kitabların sərgisi ilə tanış olublar. 

Son xəbərlər

Orphus sistemi