BANM-də "donuz qripi"nə qarşı dezinfeksiya işləri aparılıb

BANM-də "donuz qripi"nə qarşı dezinfeksiya işləri aparılıb Dezinfeksiya işlərini SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri həyata keçirib
Elm və təhsil
17 fevral 2016 06:51
BANM-də donuz qripinə qarşı dezinfeksiya işləri aparılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) qrip xəstəliyi təhlükəsinə qarşı dezinfeksiya işləri aparılıb. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ali Məktəbdə dezinfeksiya işlərini SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri həyata keçirib. BANM-in əməkdaşları və tələbələri üçün Mərkəzin müdir müavini Arzu Namazova və Mərkəzin həkimləri tərəfindən "Qrip xəstəliyinin yoluxma yolları, simptomları, müalicəsi və profilaktikası" mövzusunda mühazirələr oxunub.

Qeyd edək ki, son zamanlar dünyada "donuz qripi"ndən ölənlərin sayı artdığından Azərbaycanın təhsil müəssisələrində də bu xəstəliklə bağlı profilaktik tədbirlərin keçirilməsi gücləndirilib.

Son xəbərlər

Orphus sistemi