BANM-də “Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” adlı konfrans keçirilib

BANM-də “Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” adlı konfrans keçirilib Seminarın elmi rəhbəri BANM-in Neft-qaz mühəndisliyi kafedrasının professoru, fizika riyaziyyat elmləri doktoru Siyavuş Azakovdur
Elm və təhsil
15 Dekabr , 2016 12:04
BANM-də “Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” adlı konfrans keçirilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) davamlı şəkildə təşkil olunan “Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” adlı elmi seminarının növbəti iclası keçirilib.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, fizika riyaziyyat elmləri doktoru Rauf Qardaşov “Günəş radiasiya modeli və onun tətbiqi” adlı məruzə ilə çıxış edib. Sonra məruzədə əks olunan problemlər üzrə fikir mübadiləsi və müzakirələr keçirilib.

Seminarın iclasında BANM-ın tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva, Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Neft-qaz mühəndisliyi kafedrasının professorları Siyavuş Azakov, Arif Məmmədzadə və Fuad Vəliyev, BANM-in Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov iştirak ediblər.

Tədbirdə o cümlədən, enerji təhlükəsizliyi, günəş və geotermal enerji istifadəsinin təsirliyi üzrə aparıcı mütəxəssislər, elmi işçilər, ekspertlər – SOCAR-ın nümayəndələri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyəti ("AzETvəLAEİ" MMC), AMEA-nın Radiasiya Problemləri İnstitutu, AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutu, AMEA-nın Geologiya və geofizika İnstitutu, Azərbaycan Respublikası Alternativ və bərpaolunan enerji mənbələri üzrə agentlik, agentliyin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin nümayəndələri seminarın iştirakçıları olublar.

Daimi təşkil olunan “Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” seminarının əsas məqsədi müasir biliklərin yayılması və bərpaolunan enerji mənbələri sahəsində çalışan mütəxəssislər arasında BANM-ın Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin sıx əməkdaşlığı ilə məlumat mübadiləsinin təmin edilməsidir.

Seminarın elmi rəhbəri BANM-in Neft-qaz mühəndisliyi kafedrasının professoru, fizika riyaziyyat elmləri doktoru Siyavuş Azakovdur. İclasın proqramı seminarda iştirak edən mütəxəssislərin təklifləri və mövzuları əsasında qurulur. İclaslarda bərpaolunan enerji mənbələrin istifadəsinin nizamlanması ilə bağlı qanunvericilik, münasib texnologiyalar və bu sahədə dünya təcrübəsi, elmi vəsaitlərin hazırlanması, bərpaolunan enerji mənbələrin istifadəsi ilə bağlı proqram həllərin yaradılması məsələlərinə, həmçinin Azərbaycanda iqtisadi, ekoloji və sosial aspektlərinə baxılır. Müasir enerji qoruyan texnologiyaların tətbiqi ilə bağlı problemlərə böyük diqqət yetirilir.

Son xəbərlər

Orphus sistemi