BANM-da xanım tələbələrin sayı artıb

BANM-da xanım tələbələrin sayı artıb Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) hazırladığı mühəndislər arasında xanımların sayı artıb.
Elm və təhsil
12 Sentyabr , 2018 09:51
BANM-da xanım tələbələrin sayı artıb
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) hazırladığı mühəndislər arasında xanımların sayı artıb. 

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, BANM-in fəaliyyətə başladığı 2012-ci ildə bu təhsil müəssisəsinə 30 nəfər xanım tələbə daxil olmuşdusa, 2018-ci ilin qəbul imtahanlarından sonra bu say 57-yə çatıb.

Bu tədris ilindən “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə də ingilis dilli və standartlara cavab verəcək mühəndislər hazırlamağa başlayan Ali Məktəb, yeni ixtisasa da xanımların marağını çəkə bilib. Belə ki, bu il ilk dəfə tədris olunacağına baxmayaraq “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tədris alacaq 24 tələbənin 10 nəfəri xanımdır. Bu il BANM-da tədris alacaq 3 nəfər 700 ballı xanım tələbənin 2-si – Əsra Bayramova və Şəkər Qədirlinin də seçimi elə bu ixtisas olub.

Bu il BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasına 12, “Kimya mühəndisliyi” ixtisasına 20, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına isə 15 nəfər xanım tələbə daxil olub.

“Biz sevinirik ki, BANM olaraq xanımlarda mühəndisliyə sevgi yarada bilmişirik. BANM-ı bitirən xanım mühəndislərin hər birinin uğuru göz qabağındadır. Əminəm ki, məzunlarımızın BANM-ı bitirdikdən sonra karyeralarında əldə etdiyi uğurlar abituriyentlərin seçiminə öz təsirini etmiş olur”, – BANM-ın rektoru Elmar Qasımov bildirib. 

Son xəbərlər

Orphus sistemi