BANM 700 ballı tələbələrin sayına görə ölkə birincisi olub

BANM 700 ballı tələbələrin sayına görə ölkə birincisi olub I ixtisas qrupu üzrə ən çox Prezident təqaüdçüsü də BANM-dədir
Elm və təhsil
18 Sentyabr , 2017 12:40
BANM 700 ballı tələbələrin sayına görə ölkə birincisi olub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi 700 ballı tələbələrin sayına görə ölkə birincisi olub.

"Report" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə, ümumrespublika üzrə 700 bal toplayan 15 nəfərin 7 nəfəri I ixtisas qrup üzrə Bakı Ali Neft Məktəbini (BANM) seçib. 

700 bal toplamış abituriyentlərin seçdikləri Ali Məktəblər üzrə statistika:

1. Bakı Ali Neft Məktəbi – 7 nəfər

2. Azərbaycan Tibb Universiteti – 3 nəfər

3. Azərbaycan Dövlət İqtisad Universiteti – 2 nəfər

4. Bakı Dövlət Universiteti – 2 nəfər

5. ADA Universiteti – 1 nəfər

I ixtisas qrupu üzrə maksimal bal toplayan tələbələrin hamısı məhz BANM-i seçdiklərinə görə məmnunluqlarını ifadə ediblər: Qabil Əliyev (Dəyanət liseyi), Xalidə Əliyeva (Bakı, 220 saylı məktəb), Vahab Cəbrayılov (İsmayıllı rayonu, Laçın qəsəbə tam orta məktəbi), Mahirə Əsədzadə (Bakı, 162 saylı məktəb), Elmir Əhmədov (Bakı, Akademik Zərifə Əliyeva adına lisey), Abdulla Əsgərzadə (Gəncə, İstək liseyi), Jalə Məmmədova (Xırdalan, 5 saylı məktəb).

Qeyd edək ki, BANM həmçinin 24 Prezident təqaüdçüsü ilə də I ixtisas qrupunun lideri olub. 

Son xəbərlər

Orphus sistemi