BANM 700 bal toplayan tələbələrin sayına görə ölkədə liderdir

BANM 700 bal toplayan tələbələrin sayına görə ölkədə liderdir BANM-in rektoru Elmar Qasımov həmin gənclərlə görüş keçirib
Elm və təhsil
2753
20 Oktyabr , 2017 09:50
BANM 700 bal toplayan tələbələrin sayına görə ölkədə liderdir
BANM

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu il Bakı Ali Neft Məktəbi (BANM) bir çox göstəricilərə görə ölkədə birincisi olub.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, onlardan biri də qəbul imtahanlarından ən yüksək bal toplayan tələbələrin sayına görə liderlikdir. 

Belə ki, 700 bal toplamış builki abituriyentlərin seçdikləri ali məktəblər üzrə statistikada BANM birinci yeri tutur. Həmin statistikaya əsasən  700 bal toplamış 15 nəfərin 7-nin seçimi BANM olub. Onlardan 5 nəfər “Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi”, iki nəfər isə “Kimya Mühəndisliyi” ixtisasını seçib. 

Həmin tələbələrin siyahısını təqdim edirk:

- Əsədzadə Mahirə Məhəbbət qızı

- Əliyeva Xalidə Vüqar qızı

- Əhmədov Elmir Rövşən oğlu

- Cəbrayılov Vahab Fuad oğlu

- Əsgərzadə Abdulla Sahib oğlu

- Məmmədova Jalə Müşviq qızı

- Əliyev Qabil Elçin oğlu

BANM-in rektoru Elmar Qasımov həmin gənclərlə görüşüb. Rektor onların nəinki BANM-in, həmçinin bütün Azərbaycan xalqının fəxri hesab etdiyini vurğulayıb, tələbələrlə yaxından tanış olub və onların gələcək planlarını dinləyib. 

E.Qasımov tələbələrə öz tövsiyyələrini verərək onları daha yeni zirvələr fəth etməyə ruhlandırıb.