Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi növbəti səyyar qəbulların yeri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi növbəti səyyar qəbulların yeri açıqlanıb Növbəti səyyar qəbullar oktyabrın 11-də keçiriləcək
Elm və təhsil
8 Oktyabr , 2014 12:59
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi növbəti səyyar qəbulların yeri açıqlanıb
Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə keçirilən növbəti səyyar qəbulların yeri və vaxtı açıqlanıb. İdarədən “Report”a bildirilib ki, növbəti səyyar qəbullar oktyabrın 11-də Nərimanov və Yasamal rayonlarında keçiriləcək. Nərimanov rayonu üzrə 177 saylı məktəbdə keçiriləcək səyyar qəbula 34, 47, 73. 177, 202, 207, 304 saylı məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Yasamal rayonu üzrə 53 saylı məktəbdə keçiriləcək səyyar qəbula isə 53, 60, 153, 173, 175, 176 saylı məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00-da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

İdarədən o da bildirilib ki, görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

Son xəbərlər

Orphus sistemi