Bakının yüzdən çox məktəbində monitorinqlər keçirilir

Bakının yüzdən çox məktəbində monitorinqlər keçirilir Monitorinqlər mayın 6-dək davam edəcək
Elm və təhsil
26 Aprel , 2016 10:15
Bakının yüzdən çox məktəbində monitorinqlər keçirilir

Bakı. 26 aprel. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmrinə əsasən, məktəbəhazırlıq qrupları təşkil edilən 135 ümumtəhsil məktəbinin hazırlıq qruplarında monitorinq keçirilir. Bu barədə "Report"a İdarənin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məqsəd məktəbəhazırlıq qruplarında təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də qruplara cəlb edilmiş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsidir. Monitorinqlər mayın 6-dək davam edəcək.

Xatırladaq ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində bir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bu il isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib.

Belə ki, hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 135 seçilmiş pilot ümumtəhsil məktəbində fəaliyyət göstərir. Həmin məktəblərdə valideynlərin könüllülüyü əsasında 357 ödənişli pilot məktəbəhazırlıq qrupları təşkil olunub.

Son xəbərlər

Orphus sistemi