Bakının 15 məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir

Bakının 15 məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir BŞTİ-nin tabeliyindəki 15 təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir
Elm və təhsil
24 dekabr 2021 05:59
Bakının 15 məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir
0 : 00
0 : 00

Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 15 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir.

Bu barədə "Report"a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, paytaxtdakı 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

Son xəbərlər

Orphus sistemi