Bakıdakı məktəblərin kitabxana işçiləri ilə müsahibələr başlayıb

Bakıdakı məktəblərin kitabxana işçiləri ilə müsahibələr başlayıb Paytaxtın 7 rayonu üzrə 300 kitabxana işçisinin müsahibəsi yekunlaşıb
Elm və təhsil
1722
16 Dekabr , 2016 17:24
Bakıdakı məktəblərin kitabxana işçiləri ilə müsahibələr başlayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı şəhərindəki ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr başlayıb.

Bu barədə “Report”a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarənin təşkilatçılığı ilə keçirilən müsahibələr kitabxana işçilərinin peşəkar ehtiyaclarının müəyyənləşdirilməsi, müvafiq ehtiyaclar əsasında qruplar üzrə təlimlərin keçirilməsi və kitabxana işçilərinin birgə koordinasiyası ilə müştərək layihələrin təşkil edilməsi məqsədilə reallaşdırılır.

Məlumata görə, paytaxtın 7 rayonu üzrə 300 kitabxana işçisinin müsahibəsi yekunlaşıb. İlin sonunadək digər rayonlardakı ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr də başa çatacaq.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək layihələr 9 fəaliyyət istiqamətini əhatə edir. Ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr “Mütaliə və ünsiyyət” fəaliyyət istiqaməti çərçivəsində həyata keçirilir.