Bakıdakı məktəblərin bir qrup müəlliminə sertifikatlar verilib

Bakıdakı məktəblərin bir qrup müəlliminə sertifikatlar verilib Bakıdakı ümumi təhsil müəssisələrinin müəllimləri üçün növbəti “Yay məktəbi” təşkil olunub
Elm və təhsil
29 avqust 2017 09:31
Bakıdakı məktəblərin bir qrup müəlliminə sertifikatlar verilib

Bakı. 29 avqust. REPORT.AZ/ Bakıdakı ümumi təhsil müəssisələrinin müəllimləri üçün növbəti “Yay məktəbi” təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən reallaşdırılan proqram 5 gün davam edib.

Bu il 3-cü dəfə təşkil olunan “Yay məktəbi”nin əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdan ibarətdir.

Proqram çərçivəsində müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, sinfin idarəedilməsi, yazılı nitqin inkişafı, qiymətləndirmə vasitələrinin hazırlanması, sinif komandasının formalaşdırılması və digər mövzularda nəzəri, praktik biliklər qazanıblar.

“Yay məktəbi”nin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar verilib.

Qeyd edək ki, ümumilikdə, “Yay məktəbi”ndə ibtidai sinif, Azərbaycan dili, fizika, riyaziyyat müəllimləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi