Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıdakı Məktəb-Lisey Kompleksinin (200 və 43 saylı məktəb) sabiq direktoru Hüseynov Qafar Möhsün oğlu ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınaraq Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, 15 noyabr 2017-ci il tarixdə ləğv edilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Məlumata görə, Bakı şəhəri 95 nömrəli tam orta məktəbin sabiq direktoru Babayev Fuad Polad oğlu noyabrın 27-də Məktəb-Lisey Kompleksinə direktor vəzifəsinə təyin edilib.