Bakıda universitet tələbələri erməni təxribatlarına qarşı aksiya keçiriblər - FOTO

Bakıda universitet tələbələri erməni təxribatlarına qarşı aksiya keçiriblər - FOTO Universitetin həyətində baş tutan aksiyada tələbələr əllərində Azərbaycan bayraqları tutaraq dövlət himnini oxuyublar
Elm və təhsil
4 Aprel , 2016 12:28
Bakıda universitet tələbələri erməni təxribatlarına qarşı aksiya keçiriblər - FOTO

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) aprelin 2-də təmas xəttində baş verən erməni təxribatlarını, atəşkəsin pozulmasını, erməni cinayətkarlığını pisləyən aksiya keçiriblər.

Bu barədə "Report"a ADNSU-dan məlumat verilib.

Məlumata görə, universitetin həyətində baş tutan aksiyada tələbələr əllərində Azərbaycan bayraqları tutaraq dövlət himnini oxuyublar.

Aksiyada "Qarabağı işğaldan azad edəcəyik", "Şəhidlər ölməz", "Qarabağ bizimdir, düşməndə qalmaz!" şüarları səslənib və erməni işğalçılarından xoşluqla Azərbaycan torpaqlarını azad etmələri tələb olunub.

Son xəbərlər

Orphus sistemi