Bakıda Rusiyanın aparıcı universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək

Bakıda Rusiyanın aparıcı universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək Tədbirdə Rusiyanın 30-dan çox aparıcı ali məktəbi iştirak edəcək
Elm və təhsil
6 İyul , 2017 15:39
Bakıda Rusiyanın aparıcı universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək

Bakı. 6 iyul. REPORT.AZ/ Bakıda Rusiya aparıcı universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, sərgi "Rossotrudniçestvo" və "RUSSIA.STUDY" təşkilatının təşkilati dəstəyi ilə baş tutacaq.

Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, N.İ.Piroqov adına Rusiya Milli Tibbi Tədqiqat Universiteti də daxil omaqla, Rusiyanın 30-dan çox aparıcı ali məktəbi iştirak edəcək.

Tədbirdə qonaqlar Rusiyada pulsuz ali təhsil almağın yolları, ödənişli əsaslarla təhsil alarkən qiymətlər və şərtlər, Rusiyanın aparıcı ali təhsil ocaqlarında məsləhət almaq və 2017 və 2018-ci illərdə universitetlərə daxil olmaqla bağlı bütün məsələlər barədə məlumat əldə edəcək.

Son xəbərlər

Orphus sistemi