Bakıda məktəblilərarası III Məntiq Olimpiadası keçiriləcək

Bakıda məktəblilərarası III Məntiq Olimpiadası keçiriləcək Bakı. 6 aprel. REPORT.AZ/ Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası keçiriləcək.
Elm və təhsil
6 aprel 2018 06:10
Bakıda məktəblilərarası III Məntiq Olimpiadası keçiriləcək

Bakı. 6 aprel. REPORT.AZ/ Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən məlumata görə, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə keçiriləcək olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak edə bilərlər. İştirakçılar 11-12 yaş qrupunu (14 aprelə qədər 10 yaşı tamam olmamış, habelə 13 yaşından böyük şagirdlər müsabiqəyə buraxılmır) əhatə edəcək.

Olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur.

İki mərhələdən ibarət olan olimpiadanın məktəbdaxili mərhələsi aprelin 14-də keçiriləcək. İmtahan bütün məktəblərdə 1,5 saat (10:00-11:30) davam edəcək.

Mayın 26-da olimpiadanın final mərhələsi təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək. İlk turda olduğu kimi, final mərhələsində də 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəq) ayrılacaq.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq. 

Son xəbərlər

Orphus sistemi