Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib.
Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.