Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılacaq

Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılacaq Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
Elm və təhsil
16 May , 2015 09:25
Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılacaq

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq istəyi respublikada tanınmış bir universitetin filialının yaradılması zərurətini meydana çıxarıb.

Dövlət başçısı İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifini nəzərə alaraq qərara alıb ki, Nazirlər Kabineti həmin universitetin Bakı filialının yaradılması və onun maddi-texniki bazasının təşkili ilə bağlı məsələləri həll etməlidir.

Eyni zamanda, Nazirlər Kabineti 2015/2016-cı tədris ilindən başlayaraq İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini təmin etmək məqsədilə dövlət sifarişi əsasında tələbə qəbulu planı üzrə yerlərin ayrılması ilə bağlı zəruri tədbirləri həyata keçirməli və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Son xəbərlər

Orphus sistemi