Bakıda Elm Festivalı keçirilir

Bakıda Elm Festivalı keçirilir Açılış mərasimində AMEA prezidenti Akif Əlizadə nitq söyləyib
Elm və təhsil
584
10 Noyabr , 2014 10:53
Bakıda Elm Festivalı keçirilir

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Bakı Elm Festivalı-2014” keçirilir. “Report”un xəbərinə görə, açılış mərasimində AMEA prezidenti Akif Əlizadə nitq söyləyib.

Tədbirdə, həmçinin rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov, təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın vitse-prezidenti, deputat İsa Həbibbəyli, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Tədbirin sponsorları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell Telecom”dur.

Son xəbərlər

Orphus sistemi