Bakıda eksternat imtahanları keçiriləcək

Bakıda eksternat imtahanları keçiriləcək Qeydiyyat və sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq
Elm və təhsil
245
3 Aprel , 2017 14:00
Bakıda eksternat imtahanları keçiriləcək
Report.az

Bakı. 3 aprel. REPORT.AZ/ Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün mayın 11, 12 və 13-də eksternat qaydasında imtahanlar keçiriləcək.

Qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri) Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılacaq.

Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər mayın 3, 4 və 5-də saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Son xəbərlər

Orphus sistemi