Bakıda "Azərbaycan-Misir mədəniyyət dostluğu" adlı tədbir keçirilib

Bakıda "Azərbaycan-Misir mədəniyyət dostluğu" adlı tədbir keçirilib Tədbirdə çıxış edənlər Qədim Misir mədəniyyətinin öyrənilməsinin vacibliyini vurğulayıblar
Elm və təhsil
22 Dekabr , 2014 20:49
Bakıda Azərbaycan-Misir mədəniyyət dostluğu adlı tədbir keçirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Qafqaz Universitetində "Azərbaycan-Misir mədəniyyət dostluğu" adlı tədbir keçirilib.

Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, Qafqaz Universitetinin prorektoru professor Bulud Cihan Qədim Misirin tarixini və mədəniyyətini tələbələr arasında daha yaxından tanıdılması üçün tədbiri təşkil edən hər kəsə öz təşəkkürünü bildirib.

Misir səfirliyinin müvəqqəti işlər vəkili Heysam Cəlal Azərbaycan və Misir tarixi dostluğundan, iki ölkə arasında mədəni əlaqələrdən, iki ölkə arasında tələbə mübadiləsindən, Azərbaycanda keçirilən Misir Mədəniyyət Həftəsindən söhbət açıb. O, Qafqaz Universitetində təşkil edilən bu tədbirin mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadığını deyərək təşkilatçılara öz təşəkkürünü bildirib.

Misir Mədəniyyət Mərkəzinin müdiri Əhmed Sami Elaydi rəhbərlik etdiyi qurumun Azərbaycandakı 15 illik fəaliyyətindən, Azərbaycanda ilk və yeganə ərəb mədəniyyəti olmasından və Azərbaycan və Misir arasında mədəniyyət körpüsü olmasından danışıb, sonda Azərbaycan Misir mədəni dostluğuna həsr olunmuş tədbirə görə hər kəsə öz təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra tədbirin bədii hissəsi başlayıb. Azərbaycan Dillər Universitetinin, Qafqaz Universitetinin tələbələrinin çıxışı və Misir milli rəqsi olan tannura tədbir izləyicilərinin böyük marağına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi