Bakı. 29 aprel. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə "EducationUSA"-in “Alumni Fair” adlı təhsil sərgisi keçirilib.
"Report" xəbər verir ki, sərgidə xaricdə təhsillə maraqlananlar, ABŞ universitetlərində təhsil alma imkanları haqqında məlumat əldə etmək hərtərəfli şərait yaradılıb.
Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşərək, onlara müxtəlif suallarla müraciət ediblər.
Sərgidə 20-dən çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz universitetlərini təmsil edərək qonaqları təhsil arədə olan suallara cavab verib, lazımı material və bukletlərlə təmin ediblər.