Bu il Bakıda 25 mindən çox beşyaşlı məktəbəhazırlığa cəlb olunacaq

Bu il Bakıda 25 mindən çox beşyaşlı məktəbəhazırlığa cəlb olunacaq Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 471 661 şagird təhsil alacaq.
Elm və təhsil
21 Sentyabr , 2021 11:29
Bu il Bakıda 25 mindən çox beşyaşlı məktəbəhazırlığa cəlb olunacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 471 661 şagird təhsil alacaq.

İdarədən "Report"a verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 49 171, IX sinfində 36 199, X sinfində 27 016, XI sinfində 23 707, XII sinfində 176 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 467 müəllim çalışır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi