Bakı Təhsil İdarəsinin müdiri: “Qeyri-sabit hava şəraiti məktəblərdə davamiyyətə mənfi təsir etməyib”

Bakı Təhsil İdarəsinin müdiri: “Qeyri-sabit hava şəraiti məktəblərdə davamiyyətə mənfi təsir etməyib” Məhəbbət Vəliyeva: “Bakıda hələ də istilik sistemi ilə bağlı problemi olan az sayda məktəb var”
Elm və təhsil
17 Oktyabr , 2016 15:17
Bakı Təhsil İdarəsinin müdiri: “Qeyri-sabit hava şəraiti məktəblərdə davamiyyətə mənfi təsir etməyib”

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Bakıda istilik sistemi ilə bağlı problemi olan az sayda məktəb var".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, ötən tədris ilinin aprel ayından məktəblərin qışa hazırlığı ilə bağlı geniş monitorinq aparılıb: "İstilik sistemində problem olan məktəblərin siyahısı tutulub. Qış mövsümünün başlamasına 1 aydan az müddət qalıb. Problemin aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyinə müvafiq təkliflər göndərmişik. Nazirlik də aidiyyatı qurumlara müraciət edib".

M.Vəliyeva Bakldakı problemli məktəblərinin dəqiq sayını açıqlamasa da, bu məsələnin daim diqqət mərkəzində saxlandığını vurğulayıb: "Bununla bağlı dəqiq say deyə bilmərəm, ancaq belə məktəblər bu gün də var. Lakin bu problem az sayda məktəbi əhatə edir. Çünki bəzi məktəblərdə bu problem yay dövründə aradan qaldırlıb".

İdarə müdiri həmçinin son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakı məktəblərindəki davamiyyətə təsir edib-etməməsi məsələsinə də toxunub: "Qeyri-sabit hava şəraiti məktəblərdə davamiyyətə hər hansı bir təsir göstərməyib. Nəzərə alsaq ki, bu gün intensiv yağışlı hava müşahidə edilib. Bakı ətrafı ərazilərdə olan məktəblərdə şagirdlərin davamiyyətində problemlər olub. Bu da obyektiv səbəblərlə, yəni orada yollarda olan çətinliklərlə bağlıdır. Hesab etmirəm ki, bu hava məktəblərdə davamiyyətin aşağı düşməsinə və tədrisin dayanmasına səbəb ola bilər".

Son xəbərlər

Orphus sistemi