Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Rəhbərlik yanğın baş verən məktəbdədir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Rəhbərlik yanğın baş verən məktəbdədir "Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək"
Elm və təhsil
1120
23 May , 2016 10:18
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Rəhbərlik yanğın baş verən məktəbdədir

Bakı. 23 may. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün səhər saatlarında 95 nömrəli tam orta məktəbdə baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən "Report"a bildirilib ki, bu gün səhər saat təxminən 09:10 radələrində Bakı şəhərində yerləşən Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin bir korpusunun dəhlizində yanğın hadisəsi qeydə alınıb.

"Məktəbdə olan bütün şagirdlər təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub və yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək", - idarədən bildirilib.