Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş verən kütləvi dava ilə bağlı məlumat yayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş verən kütləvi dava ilə bağlı məlumat yayıb İdarə mübahisənin səbəbini araşdırır
Elm və təhsil
25 Noyabr , 2016 17:50
Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş verən kütləvi dava ilə bağlı məlumat yayıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonundakı 101 saylı tam orta məktəbdə baş verən kütləvi dava ilə bağlı məlumat yayıb.

İdarədən “Report”a daxil olan məlumata görə, həmin məktəbdə şagirdlərin anlaşılmazlığı zəminində baş verən mübahisə qurum tərəfindən araşdırılır. 

Məlumatda o da qeyd olunub ki, məsələyə aydınlıq gətirildikdən dərhal sonra ictimaiyyətə açıqlama veriləcək.