Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Neqativ xəbərlərlə bağlı araşdırma aparırıq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Neqativ xəbərlərlə bağlı araşdırma aparırıq İdarə bəzi məktəblərdə dərslərin I növbədən II növbəyə keçirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
Elm və təhsil
6 Sentyabr , 2016 17:37
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Neqativ xəbərlərlə bağlı araşdırma aparırıq

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi bəzi məktəblərdə dərslərin I növbədən II növbəyə keçirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdarədən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji Şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınır və neqativ hallara yol verilmədən qərar qəbul olunur.

“Ümumilikdə I, IX, X, XI siniflərin I növbədə təhsil alması məqsədəmüvafiq hesab edilir. Bəzi məktəblərdə I növbədən II növbəyə keçidlə əlaqədar yayılan neqativ xəbərlərlə bağlı idarə tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə idarənin cavabında bildirilib.

Son xəbərlər

Orphus sistemi