Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir “Təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur”
Elm və təhsil
195
28 Sentyabr , 2017 16:47
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir

Bakı. 28 sentyabr. REPORT.AZ/ “Bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunmuş təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində aydın şəkildə qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq: “Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə 2020-ci ildən orta məktəblərdə təhsilin ödənişli olacağı ilə bağlı xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi