Bakı Şəhəri üzrə Təhsil İdarəsi eksternat imtahanları keçirəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi eksternat imtahanları keçirəcək Bakı. 15 noyabr. REPORT.AZ/ Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.
Elm və təhsil
15 Noyabr , 2017 12:42
Bakı Şəhəri üzrə Təhsil İdarəsi eksternat imtahanları keçirəcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları dekabrın 26-27-də paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyat və sənəd qəbulu dekabrın 1-dən 20-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.

Ümumi orta təhsil proqramı üzrə eksternat qaydasında imtahanlarda iştirak üçün tələb olunan sənədlərin siyahısı və imtahan fənləri barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi