Bakı şəhəri üzrə eksternat imtahanlarına başlanılıb

Bakı şəhəri üzrə eksternat imtahanlarına başlanılıb Bakı. 15 may. REPORT.AZ/ Bu gün Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib.
Elm və təhsil
15 May , 2018 15:43
Bakı şəhəri üzrə eksternat imtahanlarına başlanılıb
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) başa vura bilməyən şəxslər iştirak edib.

Eksternlər 3 akademik saat ərzində hərəsində 10 sual olmaqla, Azərbaycan bölməsi üzrə 6 fənn (ana dili, ədəbiyyat, riyaziyyat, informatika, fizika və kimya) və rus bölməsi üzrə 7 fəndən (əlavə olaraq rus dili) imtahan veriblər.

Eksternat imtahanları mayın 16-sı digər fənlər (coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix və xarici dil) üzrə davam edəcək.

İmtahanların nəticələri baku.edu.gov.az saytında yerləşdiriləcək.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi