Bakı məktəblərindən birinə general-leytenant Kərim Kərimovun adı verilib

Bakı məktəblərindən birinə general-leytenant Kərim Kərimovun adı verilib Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Elm və təhsil
900
27 Sentyabr , 2017 09:08
Bakı məktəblərindən birinə general-leytenant Kərim Kərimovun adı verilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakı şəhəri 8 nömrəli tam orta məktəbə kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş general-leytenant Kərim Abbasəli oğlu Kərimovun adı verilib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq bu addımı atıb.

Bakı Şəhər İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi