Bakı məktəblərində II yarımil üzrə qiymətləndirmə başa çatıb

Bakı məktəblərində II yarımil üzrə qiymətləndirmə başa çatıb Bakı. 13 iyun. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmə yekunlaşıb.
Elm və təhsil
13 İyun , 2018 10:06
Bakı məktəblərində II yarımil üzrə qiymətləndirmə başa çatıb
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmə yekunlaşıb.

İdarədən "Report"a verilən məlumata görə, böyük summativ qiymətləndirmə müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaq məqsədlərinə xidmət edir.

Qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.

Böyük summativ qiymətləndirmə müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb.

Qeyd edək ki, böyük summativ qiymətləndirmənin nəticələri şagirdin illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır. 

Son xəbərlər

Orphus sistemi