​Bakı İslam Universitetində tələbə gənclər arasında “Vətən sevgisi” esse müsabiqəsi keçirilib

​Bakı İslam Universitetində tələbə gənclər arasında “Vətən sevgisi” esse müsabiqəsi keçirilib Qalibləri universitetin rektoru Sabir Həsənli mükafatlandırıb
Elm və təhsil
3 May , 2016 17:34
​Bakı İslam Universitetində tələbə gənclər arasında “Vətən sevgisi” esse müsabiqəsi keçirilib

Bakı. 3 may. REPORT.AZ/ Bakı İslam Universitetin rəhbərliyinin təşəbbüsü ilə tələbə gənclər arasında “Vətən sevgisi” esse-yazı müsabiqəsi keçirilib.

Bu barədə "Report"a BİU-nun kafedra müdiri Elvin Talışınski bildirib.

Universitetin tələbələri vətənə, ana yurda olan sevgilərini qələmə alıb, hisslərini oxucuya çatdırmağa çalışıblar. Müsabiqədə hər dörd kursdan olan tələbələr iştirak edib və təqdim olunan yazıların qiymətləndirilməsi üçün universitetin rəhbərliyi tərəfindən münsiflər heyəti formalaşdırılıb.

Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli gənclərə Vətən sevgisinin çox vacib və özünəməxsus bir hiss olduğunu bildirib. Onun sözlərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərə Vətən sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, yazı sahəsində tələbələrin yaradıcılıqlarını inkişaf etdirilməsi olub. S.Həsənli müsabiqədə qalib gələn tələbələri təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Müsabiqədə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan Gülbar Mirəlizadə, Bəşir Mənsurov və Adilə Ağazadə rəhbərlik tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Münsiflərin ən çox rəğbətini qazanan yazı nominasiyasında Aytəkin Eldarova diplomla mükafatlandırılıb. 

Son xəbərlər

Orphus sistemi