BDU-nun sözçüsü: “Şamil Vəliyev kafedra müdirliyində qalır”

BDU-nun sözçüsü: “Şamil Vəliyev kafedra müdirliyində qalır” Dekan vəzifəsi Cahangir Məmmədliyə tapşırılıb
Elm və təhsil
13 İyun , 2016 14:03
BDU-nun sözçüsü: “Şamil Vəliyev kafedra müdirliyində qalır”

Dekan vəzifəsi Cahangir Məmmədliyə tapşırılıb

Bakı. 13 iyun. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və dekan müavini Əli Hacıyev öz ərizələrinə əsasən tutduğu vəzifədən azad ediliblər.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova “Report”a açıqlamasında bildirib ki, Şamil Vəliyev və Əli Hacıyev universitetdə fəaliyyətlərini davam etdirəcəklər: “Şamil Vəliyev universitetin Mətbuat tarixi kafedrasının müdiridir. Əli müəllim isə həmin fakültənin müəllimidir. Onlar əvvəlki vəzifələrində qalırlar”.

P.İbrahimovanın sözlərinə görə, dekan müavini vəzifəsinə artıq təyinat olub: “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Könül Niftəliyeva Jurnalistika fakültəsində dekan müavini vəzifəsini icra edir. Jurnalistika fakültəsinin dekanı vəzifəsi isə seçkilərə qədər Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədliyə həvalə olunub”.

Son xəbərlər

Orphus sistemi