Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif istiqamətlər üzrə keçiriləcək təlim kurslarına qəbulu açıq elan edir.
Təlimlərdə iştirak etmək istəyənlər müvafiq qeydiyyat formasını (Qeydiyyat forması) doldurmalıdırlar.
Yanvarın 15-də start veriləcək təlimlərin 3 ay müddətində davam etdirilməsi nəzərdə tutulur. Təlimlər ödənişli əsaslarla həyata keçirilir.
Mərkəz tərəfindən təşkil ediləcək təlimlərin tam siyahısı ilə bu linkə
Qeyd edək ki, Koreya təhsil standartları əsasında yaradılan Yeni Peşə Təhsil Mərkəzində çalışan pedaqoji heyət Koreyada təlimlərdə iştirak edib və tədris prosesini ən son yeniliklərə əsaslanaraq təşkil edirlər.