Bakı Baza Tibb Kolleci xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid bala malik olub

Bakı Baza Tibb Kolleci xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid bala malik olub Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr edib
Elm və təhsil
22 Avqust , 2017 15:14
Bakı Baza Tibb Kolleci xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid bala malik olub

Bakı. 22 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr edib. 

DİM-dən "Report"a verilən məlumata görə, jurnalda 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. 

Xatırladaq ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə buraxılış (əvvəlki illərin məzunları iyulun 5-də keçirilən qəbul) imtahanında ana dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak ediblər. Buraxılış (qəbul) imtahanında hər bir fənn üzrə abituriyentlərə 30 test tapşırığı təqdim olunmuşdur. Müsabiqəyə ümumi balı 30-dan, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilməyib) az olmayan abituriyentlər buraxılıblar. Toplanıla biləcək maksimal bal 90 olub.

Müsabiqənin nəticələrinə əsasən, xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid balı 2 nömrəli Bakı Baza Tibb Kollecinin müalicə işi ixtisası (Azərbaycan bölməsi, DS) üzrə 76 bal, ən aşağı keçid balı isə Bakı Biznes və Kooperasiya Kollecinin turizm və onun təşkili ixtisası üzrə 41 bal (rus bölməsi, qiyabi ödənişli) olub.

Qeyd edək ki, bu il abituriyentlərin orta ixtisas təhsili müəssisələrində təhsil almaq meyliləri daha yüksək olub və qəbul planı 97.51% dolub. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub və boş yer qalmayıb. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49%) boş qalıb.

“Abituriyent” 10 jurnalının elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Son xəbərlər

Orphus sistemi