Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə "Petkim" və STAR-da təcrübə keçir

Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə "Petkim" və STAR-da təcrübə keçir Onlar iki ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıblar
Elm və təhsil
24 İyul , 2017 14:35
Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə Petkim və STAR-da təcrübə keçir

Bakı. 24 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 3-cü və 4-cü kurslarda təhsil alan 20 tələbə SOCAR Türkiyə şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçir. 

BANM-dən "Report"a verilən məlumata görə, Ali Məktəbin 16 tələbəsi "Petkim"də, 2 tələbəsi STAR-da və 2 tələbəsi "SOCAR Turkey Energy"də iki ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıb.

"SOCAR Turkey Energy"nin müəssisələrində təcrübə keçərək tələbələr istehsalat prosesi, tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olurlar. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənirlər.

Qeyd edək ki, tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədi ilə hər il BANM-in tələbələri SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə istehsalat təcrübəsinə göndərilir.

Son xəbərlər

Orphus sistemi