Bakı. 20 sentyabr. REPORT.AZ/ 2016/2017-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan tələbələrin içərisindən 685-700 arası bal toplayaraq yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si BANM-in tələbələridir.
Qeyd edək ki, 2016/2017-ci tədris ilində ali məktəblərə keçirilən qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi orta bal 667, maksimum nəticə 700 bal olub. I qrup üzrə keçirilən test imtahanlarında 700 bal toplayan hər iki tələbə Bakı Ali Neft Məktəbini seçib.