Bakı Ali Neft Məktəbində "Tələbə Həftəsi" çərçivəsində görüş keçirilib

Bakı Ali Neft Məktəbində "Tələbə Həftəsi" çərçivəsində görüş keçirilib Görüş Azərbaycan Tələbələr Birliyinin elan etdiyi "Tələbə Həftəsi" çərçivəsində təşkil olunub
Elm və təhsil
17 Noyabr , 2015 10:56
Bakı Ali Neft Məktəbində Tələbə Həftəsi çərçivəsində görüş keçirilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyinin elan etdiyi "Tələbə Həftəsi" çərçivəsində daha bir tədbir Bakı Ali Neft Məktəbində təşkil edilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktəbin ümumi işlər üzrə prorektoru Rəşad Həsənov ölkədə dövlət tərəfindən gənclərə böyük diqqət göstərildiyini deyib: "Prezident İlham Əliyevin gənclər siyasətinə önəm verir və onların inkişafı üçün mühüm işlər görür. Bu cür tədbirlər tələbələrin ictimai həyata inteqrasiyasında çox böyük rol oynayır. Son illərdə sürətlə inkişaf edən ölkənin həyatında artıq Bakı Ali Neft Məktəbi də öz yerini tuta bilib. Ali Məktəbdə təhsilin keyfiyyətli təşkili əsasında tələbələrə hər cür imkanlar yaradılıb".

Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov isə bildirib ki, BANM ölkədə nümunəvi ali təhsil müəssisəsinə çevrilməklə yanaşı, müəyyən məsələlərdə innovativ yanaşmaları ilə təhsil sistemində yeni yol açıb.

Gənclər və İdman Nazirliyinin yanında Gənclərlər iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev ölkədə həyata keçirilən gənclər siyasətinin mahiyyətindən danışıb, bu sahədə tələbələrə göstərilən diqqətin önəmini vurğulayıb: "Belə görüşlərin çox böyük faydası var. Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir". 

Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Ali Məktəbdə tələbələr üçün yaradılan şərait, gənclərin müxtəlif layihələrdə iştirakı, məktəbin tələbələrinin müxtəlif tələbə təşkilatlarında və tələbə klublarındakı fəaliyyətindən bəhs edib.

Son xəbərlər

Orphus sistemi