Bakı Ali Neft Məktəbində STAR və Petkimdə işləyəcək 25 məzunla görüş keçirilib

Bakı Ali Neft Məktəbində STAR və Petkimdə işləyəcək 25 məzunla görüş keçirilib “Fəxr edirəm ki, Ali Məktəbin məzunları regionun ən nüfuzlu olan şirkətlərindən birində çalışacaqlar”
Elm və təhsil
27 İyul , 2017 11:17
Bakı Ali Neft Məktəbində STAR və Petkimdə işləyəcək 25 məzunla görüş keçirilib
BANM

Bakı. 27 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-Türkiyə şirkətinin STAR Refinery və Petkim müəssisələrində işləyəcək 25 məzunla görüş keçirilib. 

BANM-dən "Report"a verilən məlumata görə, görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov və “SOCAR-Türkiyə” şirkətinin insan resurslarının kadrların cəlb edilməsi və idarəolunması departamentin mütəxəssisi Leyla Axundzadə iştirak ediblər.

Gələcək mühəndisləri salamlayan BANM-in rektoru Elmar Qasımov “SOCAR-Türkiyə” şirkəti tərəfindən iş imkanı qazanan məzunları təbrik edib və onlara uğurlar arzulayıb. O, karyeralarına necə başlamasından, əldə etdiyi uğurlardan danışaraq, onlara tövsiyələrini də verib. Bildirib ki, tələbələrin özlərini iş dünyasına hazırlamaları üçün Ali Məktəbdə əldə etdikləri bilik, təcrübə gələcək karyerada təməl rolunu oynayacaq. “Bu layihə Azərbaycan və Türkiyə arasında bir dostluq nümayişidir. Mən fəxr edirəm ki, Ali Məktəbin məzunları regionun ən nüfuzlu olan şirkətlərindən birində çalışacaqlar”, - rektor deyib.

Daha sonra SOCAR-Türkiyə” şirkətinin insan resurslarının kadrların cəlb edilməsi və idarəolunması departamentinin mütəxəssisi Leyla Axundzadə Türkiyədə iş prosesinin qaydalarından və hazırlıqlarından geniş məlumat verdi. Sonra L.Axundzadə tələbələri maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, seçim imtahan və müsahibə əsasında keçirilmişdir. "SOCAR-Türkiyə" şirkətinin nümayəndələri ümumilikdə 220-dən artıq müraciət alıblar, 173 nəfər üçün imtahan, 48 nəfər üçün müsahibə keçiriblər. Bu gərgin rəqabət nəticəsində ən istedadlı və bacarıqlı məzunları seçə bildilər.

Son xəbərlər

Orphus sistemi