Bakı. 19 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunan tədbir keçirilib. Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə BANM-in rektoru, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Novruz bayramı münasibətilə Azərbaycan xalqını, məktəbin kollektivini və tələbələri təbrik edib.
Tədbirdə Novruz adət-ənənələri barədə məlumat verilib.
Daha sonra tələbələr bayrama həsr olunan musiqili kompozisiyaları nümayiş edib, nəğmələr oxuyub və rəqslər ifa ediblər.