Bakı Ali Neft Məktəbində 31 mart azərbaycanlıların soyqırımı anılıb

Bakı Ali Neft Məktəbində 31 mart azərbaycanlıların soyqırımı anılıb Müəllimlər soyqırım hadisələri haqqında geniş məlumat verib
Elm və təhsil
31 Mart , 2017 12:34
Bakı Ali Neft Məktəbində 31 mart azərbaycanlıların soyqırımı anılıb

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) ilk dərslərin 31 mart soyqırımı qurbanlarının xatirəsinin anılmasına həsr edilməsi ilə bağlı tədbirlər keçirilib. 

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dərslər başlamazdan əvvəl tələbələr və müəllimlər bütün auditoriyalarda 31 mart soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra müəllimlər multimedia vasitələri ilə 1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin törətdikləri kütləvi soyqırım hadisələri haqqında geniş məlumat veriblər. Bildirilib ki, ermənilər tərəfindən həyata keçirilən soyqırımı siyasəti nəticəsində erməni silahlı dəstələri Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda və digər şəhər və kəndlərdə on minlərlə azərbaycanlını amansızlıqla qətlə yetirib və kütləvi məzarlıqlarda dəfn ediblər.

Tələbələrin diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırım məruz qalması faktları bütün dünyaya çatdırılıb. BANM-in müəllimləri anım tədbirlərinin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu cür tədbirlərin gənclərin arasında keçirilməsi onların tarixi həqiqətlər, soyqırım dəhşətləri haqqında daha dərindən məlumatlanmasına və vətənpərvərlik ruhunda tərbiyəsinə imkan yaradır. 

Son xəbərlər

Orphus sistemi