Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.
Ali Məktəbdən "Report"a verilən məlumata görə, əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Prezident
Rektor faciə haqqında danışaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqın yaddaşına həkk olunduğunu bildirib. O, 20 Yanvar faciəsinə ümummilli lider
“1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövründə onun səyləri nəticəsində 1994-cü il martın 29-da
Rektor Ali Məktəbin tələbələrinə xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyindən də danışıb, onlara təhsil aldıqları ingilis dili biliklərindən istifadə edərək bu işdə fəal olmağı tövsiyə edib.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib.
Xatırladaq ki, 20 Yanvar faciəsi zamanı bir neçə gün ərzində 137 nəfər öldürülüb, 700-dək insan yaralanıb, 800-dən çox adam qanunsuz həbs edilib.
