Bakı Ali Neft Məktəbi "SOCAR UPSTREAM Management International MMC" şirkəti ilə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi "SOCAR UPSTREAM Management International MMC" şirkəti ilə əməkdaşlıq edəcək Bununla əlaqədar tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb
Elm və təhsil
2 İyun , 2015 10:56
Bakı Ali Neft Məktəbi SOCAR UPSTREAM Management International MMC şirkəti ilə əməkdaşlıq edəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov "SOCAR UPSTREAM Management International MMC" şirkətinin icraçı direktoru Yaşar Lətifovun rəhbərliyi ilə BANM-ə gələn nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq məsələləri, şirkətlə Bakı Ali Neft Məktəbi arasında nəzərdə tutulan tərəfdaşlıq imkanları müzakirə olunub.

Görüşdə, həmçinin Bakı Ali Neft Məktəbi ilə "SOCAR UPSTREAM Management International MMC" şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın məqsədi BANM-də müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Belə ki, BANM ilə şirkət öz nizamnamələri və səlahiyyətləri çərçivəsində bir sıra sahələr üzrə əməkdaşlıq edəcəklər.

Bununla yanaşı, BANM-də tətbiq edilən tədris proqramları çərçivəsində BANM-in tələbələri üçün şirkətin mütəxəssisləri tərəfindən mühazirələr oxunması, onların müəllim kimi fənlərin tədrisinə cəlb olunması, BANM-in tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, BANM-in məzunları üçün iş imkanlarının nəzərdə tutulması, BANM-in tələbələrinin yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, tələbələr üçün kursların təşkil edilməsi, mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə birgə seminarların və ixtisasartırma kurslarının təşkil edilməsi nəzərdə tutulur.

Əməkdaşlıq haqqında razılaşmanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və "SOCAR UPSTREAM Management International MMC" şirkətinin icraçı direktoru Yaşar Lətifov imzalayıblar.

Son xəbərlər

Orphus sistemi