Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə magistr hazırlayacaq

Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə magistr hazırlayacaq Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və təbiət elmləri fakültəsinin rəhbərini qəbul edib
Elm və təhsil
18 May , 2015 12:24
Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə magistr hazırlayacaq

Bakı. 18 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə birgə magistr hazırlayacaq. Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu barədə BANM-in rektoru Elmar Qasımovun Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və təbiət elmləri fakültəsinin rəhbəri Stefan Makloxlinlə görüşündə razılıq əldə olunub.

Görüşdə Bakı Ali Neft Məktəbi ilə Heriot-Vatt Universiteti arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Heriot-Vatt Universiteti ilə əlaqələrinin BANM üçün əhəmiyyət daşıdığını və Böyük Britaniya ali təhsil sisteminin ölkədə tətbiqi üçün imkan yaratdığını deyib.

Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və təbiət elmləri fakültəsinin rəhbəri Stefan Makloxlin təmsil etdiyi ali təhsil müəssisəsinin BANM ilə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri muzakirə olunub, tələbələrin göstəriciləri, gələcəkdə birgə magistr proqramlarının həyata keçirilməsi barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi