Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 1-dən bağçalarda uşaqlara isti yeməklərin verilməsi ilə bağlı tətbiq olunacaq pilot layihənin mahiyyətini açıqlayıb.
“Report”un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında hazırda bağçalara ərzaq təminatının verildiyini bildirib.
E.Əmrullayev xatırladıb ki, bu gün məktəbəqədər təhsil müəssisələrində qidalanma ilə bağlı icra olunan standartlar çox köhnədir: "Həmin standartlarda qeyd olunan bəzi qidalar hazırda yoxdur. Məsələn, ikinci növ buğda unu, kartof nişastası artıq menyuda yoxdur. Bu kimi hallar bir növ ölçmə problemi yaradır. Hesab edirəm ki, uşaqlara verilən qidaların çəkisi deyil, kalorisi əsas olmalıdır. Uşaqlara menyu ilə tərtib edilən, adambaşı saya görə hazırlanan kalorili yeməklərin verilməsi daha yaxşıdır. Təbii ki, hazırda bu fikirlər konseptual məsələdir".