​Azərbaycanın ucqar yerlərində müəllim işləyən gənclərə yeni güzəştlər tətbiq olunacaq

​Azərbaycanın ucqar yerlərində müəllim işləyən gənclərə yeni güzəştlər tətbiq olunacaq Gənclərə daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstəriləcək
Elm və təhsil
19 Avqust , 2014 09:34
​Azərbaycanın ucqar yerlərində müəllim işləyən gənclərə yeni güzəştlər tətbiq olunacaq

Bakı. 19 avqust.REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" qərara dəyişiklik edib.

Report xəbər verir ki, dəyişiklik pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə edilib. Belə ki, dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya veriləcək. Bundan əlavə, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstəriləcək.

Dəyişikliyə əsasən, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödəniləcək.

Qərarda 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya və əməkhaqqının əlavə ödənilməsi də əksini tapıb.

Qeyd edək ki, bu qərar 2014-cü il sentyabrın 15-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi